Sosial
“Bakılı oğlanlar”ın oxşar taleyi - Anarla Cabirin ölümündə qəribə məqam

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov bu gün vəfat edib. O, idman zalında infarkt keçirib. Həkimlərin müdaxiləsinə rəğmən, aktyoru həyata qaytarmaq mümkün olmayıb.
Publika.az Globalinfo.az-ya istinadən xəbər verir ki, Cabir İmanovun qəfil ölümü cəmiyyətdə böyük sarsıntı yaradıb. Kifayət qədər sağlam, gənc olmasına rəğmən dünyasını dəyişməsi onu sevən hər kəsi məyus edib.
C.İmanov gənc yaşlarından sevilən komediya aktyoru olub. O, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Komandasının üzvü kimi səhnəyə çıxmışdı. Bu komandaya mərhum Anar Məmmədxanov rəhbərlik edirdi.
Cabir İmanovun ölümü Anar Məmmədxanovun dünyadan vaxtsız köçməsini xatırladır. Belə ki, A.Məmmədxanov 2011-ci ilin 23 aprel günü vəfat edib. Onun ölüm səbəbi kimi ürək çatışmazlığı göstərilirdi. A.Məmmədxanov evində olarkən halı pisləşib və həyatını itirib.
C.İmanovla A.Məmmədxanovun taleyindəki bu oxşarlıq – qəfil ölüm xüsusilə diqqət çəkir.
Xatırladaq ki, Cabir və Tahir İmanovlar Azərbaycanın tanınmış bəstəkarı Süleyman Ələsgərovun nəvələridir.
Allah rəhmət eləsin.

-
İdman17:40
"Fənərbağça"nın ulduzu bu gözəllə münasibətini təsdiqlədi - FOTOLAR
-
Sosial17:18
Mehriban Əliyevadan Cabir İmanovla bağlı paylaşım
-
Sosial17:08
Əhaliyə xəbərdarlıq: Növbəti üç gündə...
-
Sosial16:25
Gedişhaqqının artırıldığı marşrutların - SİYAHISI
-
Sosial16:00
Cabir İmanov məşq zamanı vəfat etməyib - Şahid danışdı
-
Sosial15:00
Cabir İmanovun ölümü anbaan lentə alınıb: Hadisə belə baş verib
-
Hadisə14:22
Cabir İmanov vəfat etdi - VİDEO
-
Sosial13:40
Əli Əsədov qərar imzaladı