Magazin1
Həkim nəzarətində olan Musa Yaqub: “Taqətdən düşürəm”
Bir neçə ay bundan əvvəl müayinə olunmaq üçün Türkiyəyə aparılan tanınmış şair Musa Yaqubun səhhətində irəliləyişlər var. Amma şair hələ də xəstəliklə mübarizə aparır.
Bu barədə Publika.az-a şair özü məlumat verib. Özünü nisbətən yaxşı hiss etsə də, hələ ki səhhətindəki problemlərin aradan qalxmadığını deyən Musa Yaqub həkim nəzarəti altında müalicəsini davam etdirir:
“Böyrəklərimdə ciddi problemlər var, hələ də aradan qalxmayıb. Bir yandan da ürəyim narahatlıq verir, həkimlərin diaqnozuna görə, ürəyimdə işemiya var. Çox hərəkət edə bilmirəm, bir az yeriyən kimi taqətdən düşürəm. Həkimlər də mənə diqqətli olmağı tapşırıb. Deyirlər əsəbiləşmə, stressdən uzaq ol”.
İşləyə bilmədiyini deyən şair çoxdandır yeni şeirlər yazmadığını da bildirib: “Mən elə əvvəldən də beləydim ki, ürəyim dolurdu və sonradan kağıza boşaldırdım. İndi də içimdəkilər yığılıb-yığılıb sonradan şeirə çevriləcək”.
Şair dostlarından da razılıq etdi: “Sağ olsunlar, məni yaddan çıxarmırlar. Tez-tez zəng edib hal-əhval tuturlar. Eşitmişəm Fikrət Qoca da xəstələnib, Türkiyədə müalicə olunaraq qayıdıb. Səhhətim imkan vermir ki, ona da baş çəkim”.
Cəvahir
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO