Magazin1
Nazirlik “Comedy Woman”la bağlı açıqlama verdi - RƏSMİ - YENİLƏNDİ
Rusiyada erməni əsilli şəxslər tərəfindən yaradılmış və idarə olunan Comedy Club Production şirkətinin “Comedy Woman” truppasının mayın 23-də Bakıda keçirilməsi nəzərdə tutulan konserti ləğv edilib. Hazırda “Facebook” sosial şəbəkəsində konsertə həsr olunmuş xüsusi səhifə işləmir.
Təşkilatçı qismində çıxış edən “33 Event” şirkəti isə “Comedy Woman”-ın Bakı konsertinə aid bütün afişaları öz “Facebook” səhifəsindən yığışdırıb.
Məsələyə Mədəniyyət və Turizm Nazirliyinin münasibətini öyrəndik.
Publika.az-a açıqlama verən nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədovun cavabı belə oldu:
“Bu tədbir nazirliyin heç bir müəssisəsində keçirilmir və konsertin mədəniyyət və turizm nazirliyi ilə heç bir əlaqəsi yoxdur”.
Publika.az-a açıqlama verən əməkdar artist Tahir İmanov rəsmi məlumat olmadan bu xəbərin doğruluğuna inanmadığını deyib:
“Bununla bağlı rəsmi məlumat yoxdursa, mən konsertin ləğv olunduğuna inanmıram. Əslində, konsertə biletlər də satılıb. Düşünürəm ki, bununla bağlı dövlət qurumları öz rəsmi etirazını bildirməlidir. Çünki bu təkcə mənim, sənin işin deyil, hamımız bu məsələdə yumruq kimi birləşməliyik. Bəlkə də, çoxlarının xəbəri yoxdur ki, o konsertin təşkilatçısı ermənidir. Buna görə də insanları ayıltmalıyıq”.
Qeyd edək ki, konsertin təşkilatçısı Buta Palasla əlaqə saxladıq. Təqdim olunan nömrələrin heç birinə cavab almadıq. "Buta Palace"ın saytında isə konsertin afişası artıq yoxdur.
Məlumat üçün bildirək ki, Rusiyanın “Comedy Club”u 2003-cü ildə yaradılıb, bura Artur Canibekyan, Artak Qasparyan, Artur Tumasyan, Artaşes Sarkisyan, Qarik Martirosyan və bir çox başqalarının oynadığı “Noviye Armyane” ŞHK komandası daxildir.
Cəvahir Səlimqızı
-
Yaxın Şərq12:40Çindən İrana həlledici zəng: Bunu etməlisiniz!
-
Dünya11:52Qətliam törədən yeniyetmələri birləşdirən ŞOK DETAL - Hər ikisi...
-
Hadisə10:33Bu yolda qaya uçdu: Hərəkət dayandı
-
Hadisə09:45Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
-
MDB09:13Rusiya ordusunda qalmaqal və arvad xəyanəti: Məşhur pilot intihar edib?
-
Ekopublika.az08:37Bir sıra dövlətlərin mərkəzi bankları qızıl ehtiyatlarını azaltmağa başladılar - Nə baş verəcək?
-
MDB07:15Rusiyada miqrantlarla bağlı sərt qərar
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq






































