Sosial
Almatıda KazGASA-nın 45 illiyi: Fond prezidenti çıxış etdi - FOTO
13 aprel 2026-cı il tarixində Qazaxıstanın Almatı şəhərində KazGASA və Beynəlxalq Transmilli Təhsil Assosiasiyasının (ITEA) birgə təşkilatçılığı ilə "Yaradıcı iqtisadiyyat üçün rəqəmsal memarlıq, inşaat və süni intellekt" mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb. Qeyd olunmalıdır ki, bu mötəbər tədbir Qazaxıstan Baş Memarlıq və İnşaat Akademiyasının (KazGASA) 45 illik yubiley tədbirlərinin rəsmi açılışı kimi çıxış edir.
Publika.az xəbər verir ki, tədbirin rəsmi açılış mərasimində fəxri qonaq qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor xanım Aktotı Raimkulova, ilk növbədə, Qazaxıstanın memarlıq və inşaat sahəsində aparıcı ali təhsil müəssisələrindən biri olan Qazaxıstan Baş Memarlıq və İnşaat Akademiyasının (KazGASA) yaranmasının 45 illik yubileyi münasibətilə təbriklərini çatdırıb.
Professor Aktotı Raimkulova çıxışında 2025-ci ildə Akademiya daxilində Fondun dəstəyi ilə yaradılmış Türk Mədəniyyəti və İrsi Mərkəzinin fəaliyyətinə xüsusi diqqət çəkib. Bildirilib ki, sözügedən mərkəz türk dünyasının ortaq mənəvi dəyərlərinin tədqiqi, tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm elmi-mədəni platforma kimi çıxış edir.
KazGASA ilə əməkdaşlığın perspektivlərinə də toxunan Fondun prezidenti qeyd edib ki, mövcud tərəfdaşlıq yalnız hazırkı layihələrlə məhdudlaşmayacaq, gələcəkdə birgə elmi və təhsil təşəbbüsləri daha da genişləndiriləcək.
Konfransın əsas məqsədi rəqəmsal transformasiya, inşaat sahəsində süni intellekt texnologiyalarının tətbiqi, BIM (Tikinti İnformasiya Modelləşdirilməsi) və "ağıllı şəhər" konsepsiyaları üzrə beynəlxalq təcrübə mübadiləsinin aparılmasıdır. İki gün davam edəcək tədbirdə Azərbaycan, Türkiyə, İspaniya, Yaponiya və Böyük Britaniya daxil olmaqla bir sıra ölkələrdən tanınmış alimlər və sahə mütəxəssisləri məruzələrlə çıxış edirlər.
Konfrans çərçivəsində, həmçinin memarlıq irsinin rəqəmsal qorunması, ekoloji dizayn yanaşmaları və yaradıcı sənayelər üçün yeni nəsil mütəxəssislərin hazırlanması məsələləri ətrafında geniş müzakirələr aparılır.
-
Region02:43Tehran Vaşinqtondan gələcək zərbəni gözləyir - Hazırlıqlar başladı
-
Qoroskop01:20Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək
-
ABŞ6 Noyabr 23:05Heç kim bunu demək istəmir, amma... - Tramp İranın nüvə planından danışdı
-
Dünya6 Noyabr 22:46İki sərnişin təyyarəsində bomba şübhəsi - Qırıcılar havaya qaldırıldı
-
Kriminal6 Noyabr 21:13“Omid” əməkdaşının döyülmə anı - Video
-
Rəsmi xronika6 Noyabr 19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal6 Noyabr 19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu
-
Nida Xəbər 6 Noyabr 18:50İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda










.jpg)


.jpg)





















.jpg)
