Yaxın Şərq
Trampın “Hörmüz” elanı dünyanı qarışdırdı: O, “açdım” deyir, ekspertlər razılaşmır
ABŞ prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı son açıqlamaları həm diplomatik dairələrdə, həm də qlobal bazarlarda ciddi çaşqınlıq yaradıb.
Publika.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin Rusiya və Avropaya qarşı sanksiyalar üzrə keçmiş rəhbəri Edvard Fişman "CBS News"a müsahibəsində Ağ Ev rəhbərinin sözlərini "anlaşılmaz" adlandırıb.
Fişman qeyd edib ki, ABŞ-ın Hörmüz boğazını açdığını demək üçün heç bir real əsas yoxdur: "Hazırda Hörmüz boğazının açıldığını söyləmək erkəndir. Boğaz faktiki olaraq bağlıdır və bunu aydın başa düşmək lazımdır. Bazarlar Trampın geri çəkiləcəyini və münaqişəni bitirməyə çalışacağını gözləyirdi".
Ekspertin sözlərinə görə, gəmilərin hərəkətinin bərpası üçün ya Tehran boğazın açılmasına razı olmalı, ya da Vaşinqton hərbi güc tətbiq edərək oranı ələ keçirməlidir. Hələlik bu ssenarilərin heç biri reallaşmayıb.
Xatırladaq ki, aprelin 13-də Donald Tramp Hörmüz boğazının blokadaya alındığını elan etmişdi. Lakin cəmi iki gün sonra - aprelin 15-də o, özünün "Truth Social" platformasındakı hesabında boğazı Çin və bütün dünya üçün "əbədi olaraq" açdığını bəyan edib.
Müəllif: Adəm
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma

















.jpg)



















