Magazin1
Günay: “Mənə badalaq vurmağa çalışıblar”
Gənc müğənni Günay İbrahimli həmkarlarının ona paxıllıq etdiyini düşünür. Publika.az xəbər verir ki, bu barədə o, ATV telekanalına açıqlama verib.
“Hər zaman mənə badalaq vurmağa çalışıblar. Mən onlar üçün güclü rəqibəm. Televiziya verilişlərində mənə söz atırdılar. Mən də əsəbiləşirdim. İndi belə şeylərə fikir vermirəm. Başa düşürəm ki, mənə söz atanlara ən layiqli cavab yeni mahnılarımdır”.
İbrahimli müsahibəsində sərt fikirlərlə də çıxış edib. O, bəzi xanım müğənnilərin bir neçəsinin “nömrə 1” adlandırılmasını qəbul etmədiyini də dilə gətirib.
“Mənə “nömrə birlər” anlayışı çatmır. “Nömrə bir” bir dənə ola bilər. Niyə “nömrə birlər” deyilir? “Nömrə bir” qadın və kişi müğənni ola bilər. İki-üç qadın eyni vaxtda “nömrə bir” ola bilməz, axı”.
Həmkarlarının oxuduğu mahnıları bəyənməyən ifaçı, onları təkrarçılıqda ittiham edib.
“Müğənnilər mahnı seçə bilmirlər. Mənim mahnım hit olursa, fikir vermişəm, ən azı 5 müğənnimiz həmin bəstəkara zəng edir ki, Günayın mahnısına oxşar mahnı bəstələ bizim üçün”.
İsa Şükürov
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR