Magazin1
Azərbaycanlı müğənni hərbi xidmətə getdi - FOTO
ATV-nin “Kimdir nömrə bir” layihəsinin qalibi, gənc müğənni Orxan Babazadə Vətən qarşısında borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb.
Hərbi xidmətə yola düşməzdən öncə, təəssüratlarını Publika.az-la bölüşən sənətçi bundan fəxarət hissi keçirdiyini bildirib: “Artıq təhsilimi başa vurdum və qarşıda məni Vətən qarşısında böyük və şərəfli sınaq gözləyir. Bu sınaqdan alnıaçıq və üzüağ çıxacağıma əminəm. Hər bir azərbaycanlı kimi mən də torpaqlarımızın keşiyində dayanmaqdan qürur hissi duyuram. Torpaq sevgisini həmişə uca tutmuşam və ən böyük arzum da bir əsgər kimi Vətənimin keşiyində dayanmaq olub. Bütün həmyaşıdlarıma səslənirəm ki, Vətən qarşısında olan borcu ödəməkdən gözəl duyğu yoxdur, özünüzü bu xoşbəxtlikdən məhrum etməyin”.
O. Babazadə hərbi xidmətdə olduğu bir il müddətində efirlərdə görünməsə də, televiziyalarda klipləri yayımlanacaq, radiolarda mahnıları səsləndiriləcək.
Qeyd edək ki, Orxan Kiyev Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib. Gənc müğənni olmasına baxmayaraq, müxtəlif festivallarda uğur qazanıb. O, ATV-də yayımlanan “Kimdir nömrə bir" televiziya musiqi yarışmasının, eləcə də məşhur “Bakı payızı” festivalının qalibi olub.
Cəvahir
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?