Magazin1
Xalq artisti biabır etdi: ”Özünü 20 manata...” – REAKSİYA
Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlı özünü ən bahalı aktyor sayır.
Publika.az-a açıqlama verən xalq artisti elə bu səbəbdən də bir çox filmlərdən gələn təklifləri qəbul etmədiyini deyib: “Mən Azərbaycanda ən bahalı aktyoram. Buna görə rejissorlar ürək edib məni hər çəkdikləri filmə dəvət edə bilmirlər. Onların mənə verməyə pulları yoxdur. Bəzi həmkarlarım var ki, bir filmə 20 manata da çəkilir. Bu, biabırçılıqdır. Amma mən heç vaxt özümü elə urvatdan salmaram. Atam qəbirdən dirilib gəlsə də, bir çəkiliş gününə azı 100 manat almasam, ora addım atmaram. Bu xasiyyətimi bildikləri üçün çox vaxt rejissorlar məni filmlərə dəvət etmirlər”.
Xalq artisti həmkarlarına da səslənib: “Qəpik-quruşa filmə çəkilənlər sırasında xalq artistləri də var. Adam onlara baxanda utanır. Söz də düşəndə deyirlər ki, təki filmə çəkilək. Çəkil e, kim sənə mane olur ki, amma özünə hörmət qoy. Özünə hörmət qoymayan aktyora xalq da hörmət qoymur. Xarici ölkələrdən, ordan-burdan hansısa bir aktyoru tapıb gətirib, yüksək məbləğdə qonorar ödəyirlər, amma özümüzünkülərə qəpik-quruş verirlər. Çünki bilirlər ki, əcnəbi dəyərini bilir, az pula çəkilməyəcək. Amma özümüzünkülərə nə versən, razı olacaq. Mən özümü hörmətdən sala bilmərəm”.
Cəvahir Səlimqızı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf