“Rənglərə köçürülmüş dünyam” adlı sərgi açılacaq
Bizi izləyin

Magazin1

“Rənglərə köçürülmüş dünyam” adlı sərgi açılacaq

Hər ilin may ayında bütün muzey əməkdaşları iki bayramı – Beynəlxalq Muzeylər Gününü və “Muzeylər gecəsi”ni qeyd edirlər. 1977-ci ildən etibarən Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 18 may Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Həmin gün minlərlə muzey ümumi bir mövzu ətrafında birləşərək müxtəlif tədbirlər, sərgilər, ekskursiyalar təşkil edirlər.

İkinci əlamətdar gün –1999-cu ildən Fransanın Mədəniyyət və Kommunikasiya Nazirliyinin təşəbbüsü ilə keçirilən “Muzeylər baharı”dır. Bu aksiya 2005-ci ildən etibarən “Muzeylər gecəsi” adı altında keçirilir. Aksiyanın əsas məqsədi muzeylərin resurslarını, potensialını daha qabarıq şəkildə göstərmək, əhalini, xüsusən gəncləri axşam saatlarında muzeylərə daha çox cəlb etməkdir.

Hər il olduğu kimi bu il də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi adı çəkilən bayram günlərini qeyd edir. Belə ki, muzey Bakı şəhəri Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin “Günəş” rəsm studiyası ilə birlikdə “Rənglərə köçürülmüş dünyam” adlı sərgi təşkil edəcəkdir. Sərgidə studiyada məşğul olan uşaqların müxtəlif mövzularda işlədirkləri rəsmləri yer alıb. “Muzeylər gecəsi” beynəlxalq aksiyasına həsr olunmuş “Rənglərə köçürülmüş dünyam” sərgisində nümayiş olunacaq rəsmlərdə uşaqların iç dünyası, dünyaya baxışı, arzuları əks olunur.

Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin, Təhsil Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin, Uluslararası Aktivist Sənətçilər Birliyinin, “Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin nümayəndələri, sənətşünaslar, rəssamlar, muzey əməkdaşları iştirak edəcəklər.

Banu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm