İlhamə qaradərili uşağı övladlığa götürməsinə aydınlıq gətirdi
Bizi izləyin

Magazin1

İlhamə qaradərili uşağı övladlığa götürməsinə aydınlıq gətirdi

Xalq artisti İlhamə Quliyevanın qaradərili uşağı övladlığa götürməsi xəbəri birmənalı qarşılanmayıb. Əksəriyyət xalq artistini Azərbaycanda kimsəsiz uşaqlar ola-ola Afrikadan uşaq götürməkdə qınayıb. Publika.az xəbər verir ki, məsələ ilə əlaqədar olaraq İlhamə Quliyeva ANS telekanalının qonağı olub. O, bu işin xeyirxah əməl olduğunu bildirib:

“Mənim bir dostum Afrika ölkələrindən birində səfir işləyir. Vaxtaşırı onun xanımı ilə telefonla danışıram. Mənə dedi ki, Afrikada uşaqlar acından ölür, içməyə su tapmırlar. Hamısı xəstədir. Dedi ki, səfir xanımı kimi çox həyəcan keçirirəm. Ondan xahiş etdim ki, bir uşaq götür bax, nə lazımdırsa, mən göndərəcəyəm. Təki ölməsin. Gündə 150 uşaq ölür. Onlar canlıdır. Nə olsun dərisinin rəngi qaradır! Onu da ana dünyaya gətirib. Mən bunu etməliyəm. Mən uşaq götürmürəm saxlamağa. Mənim oğlum da var, nəvəm də var. Sadəcə, uşağın xərclərini ödəyirəm. Heç kəsi məni buna görə qınaya bilməz. Çünki mən xeyirxah iş görürəm. Mənə artıq-əskik söz deməsinlər. Onları məhkəməyə verib pis günə qoyaram”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm