Magazin1
Monako knyazı Bakıya gələcək, sərgini 40-dan çox mühafizəçi qoruyacaq
Heydər Əliyev Mərkəzində iyunun 12-də dünyanın ən məşhur və nadir sərgilərindən biri açılır. “Qreys Kelli: şahzadə və stil ikonası” sərgisinin açılış mərasimində Monako knyazı, Qreys Kellinin oğlu II Albert iştirak edəcək.
Hollivud ulduzu və Monako şahzadəsi Qreys Kelliyə məxsus 200-dən çox şəxsi eksponat artıq Heydər Əliyev Mərkəzinə gətirilib. Bu eksponatlar sırasında həyatını avtomobil qəzasında itirən şahzadənin sevimli avtomobilləri də var. Həmin avtomobillər ilk dəfə məhz Bakıda nümayiş olunacaq.
Sərgidə Qreys Kellinin müxtəlif filmlərdə çəkiliş zamanı, eləcə də Monako şahzadəsi olduqdan sonra mərasimlərə geyindiyi libasları, onların hazırlanması tarixçəsi, həmçinin bu geyimlərlə bağlı maraqlı faktlar izləyicilərə çatdırılacaq.
Qreys Kelliyə məxsus aksessuarlar sırasında onun sevimli ayaqqabıları, boyunbağıları, əlcəkləri, çantaları, eləcə də 1950-ci illərdə “Hermes” firmasının şahzadənin şərəfinə adlandırdığı “Kelli” çantası və s. var.
Sərgidəki libaslar, Qreys Kellinin geyimləri və aksessuarları onun milyonların sevimlisinə və kumirinə çevrilməsinə səbəb olan xarakterini bir daha açmağa imkan verəcək.
Heydər Əliyev Mərkəzində 3-cü mərtəbədə təşkil olunan sərgidəki şəxsi əşyaların qorunması üçün 40-dan çox mühafizəçi ayrılıb.
Bir vaxtlar Qreys Kellinin “Mən köhnə paltarlarıma köhnə dostlarım kimi sədaqətliyəm” sözləri qəzet və jurnallarda sitata çevrilmişdi. Sərgi bu sözlərin müəllifi Qreys Kellinin timsalında sadəlik və stil ikonası olmağın sirlərini öyrənməyə imkan verəcək.
“Qreys Kelli: şahzadə və stil ikonası” sərgisi ilk dəfə 2007-ci ildə Monakoda açılıb və onu 135 min tamaşaçı izləyib. Heydər Əliyev Mərkəzindəki bu sərgi ziyarətçilər üçün iyunun 13-dən noyabrın 1-dək açıq olacaq.
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq