Magazin1
Rəqqasə Fatimə xoşbəxt olmasının səbəbini açıqladı - FOTOLAR
Dünya xalq rəqslərinin mahir ifaçısı, rəqqasə Fatimə Fətəliyeva Azərbaycanda rəqqasələr arasında ilk dəfə olaraq solo konsert proqramı ilə çıxış edib. Publika.az-a açıqlama verən rəqqasə bu çətin və məsuliyyətli işin öhdəsindən gəldiyi üçün özünü xoşbəxt hiss etdiyini də gizlətməyib.
“Xoşbəxt rəqqasəyəm ki, Azərbaycanda ilk dəfə solo konsert vermişəm. Əslində, bu, mənim ikinci solo konsertimdir. İlk konsertim 3 il bundan öncə, 2012-ci ilin aprel ayının 11-də baş tutub. Həmin konsertimdə 13 paltar dəyişərək fərqli rəqslər ifa etmişdim. Bu konsertim də ürəyimcə oldu. Qurtuluş gününə həsr olunmuş konsertimdə səhnədə 12 paltar dəyişdim. Bilirsiniz ki, libasları dəyişməyə vaxt lazım olur. Bu konsertdə mənə yaxından kömək olan müğənni dostlarıma təşəkkür edirəm. Onlar məni tək qoymadılar”.
Rəqqasə həmçinin bu konsertin ideya müəllifinin də adını açıqlayaraq yeni işbirliyinə imza atdığını da vurğulayıb.
“Mən çalışqan rəqqasəyəm. Daim yeniliklər axtarışındayam. Bundan başqa, mənim komandam da çox güclüdür. Bir aya yaxındır ki, professional rejissor Nail Naiboğlu ilə işbirliyinə başlamışıq. Dövlət səviyyəsində olan bütün işlərimi bundan sonra o təqdim edəcək. Bu konsert təklifini də Suraxanı İcra Hakimiyyəti təklif edib. Biz də böyük məmnuniyyətlə qəbul etdik. Konsertin sonunda isə Avropa Oyunlarına həsr olunan klipim də nümayiş olundu”.
İsa Şükürov
-
Region22:00
Türkiyədə matəm elan edildi
-
Region21:40
Rəisinin dəfn mərasimi bu şəhərdə keçiriləcək: tarix dəqiqləşdi - YENİLƏNDİ
-
Magazin120:50
Xalq artisti rəqqasələri topa tutdu: Pula görə özlərini alçaldırlar
-
Region20:25
İranda prezident seçkilərinin keçiriləcəyi tarix AÇIQLANDI
-
Nida Xəbər 19:38
Körpü Azərbaycanın nəzarətinə keçdi: Ermənistan Kirants kəndinə dolama yol çəkir
-
Region18:26
Mühəndis pilot açıqladı: Helikopterin qalıqları sübut edir ki...
-
Region18:18
İranda qəzada ölən valinin yerinə TƏYİNAT
-
Sosial18:00
Əli Əsədov qərarlar imzaladı