Magazin1
“Dedi ki, əynində paltarını cıracaqlar”- Əməkdar artistdən illər sonra ETİRAF
Əməkdar artist, tanınmış aktrisa Zemfira Sadıqova bu gün açıq-saçıq rollara olan maraqdan danışıb.
Publika.az-a açıqlama verən aktrisa kinomuzu dünya kinosu ilə müqayisə edərək Azərbaycanda belə səhnələrə hələ də marağın güclü olduğunu deyib:
“Dünya kinosunda erotik filmlərə maraq azalıb. İnsanları açıq-saçıq səhnələr maraqlandırmır. Çünki zaman dəyişib. Amma bizdə hələ də belə səhnələr diqqət çəkir. Əslində hər şey peşəkar səviyyədə təqdim olunsa, açıq-saçıqlıq da bayağı təsir bağışlamaz. Amma bizdə belə deyil. Bayağı səhnə, səviyyəsiz ssenari, qeyri-peşəkar rejissor işi nəticədə uğursuz alınacaq”.
Aktrisalıq fəaliyyəti boyunca yalnız bir açıq-saçıq səhnəyə çəkildiyini xatırlayan Zemfira Sadıqova buna məmnuniyyətlə razılıq verdiyini deyib:
“Həyatımda bir dəfə “Dəli Kür” filmində erotik səhnəyə çəkildim. Rejissor dedi ki, paltarını cıracaqlar. Etiraz etmədim. Onda da peşman olmadım. Çünki filmi peşəkar rejissor Hüseyn Seyidzadə çəkirdi. Cavan olsaydım, yenə belə filmlərə çəkilərdim. Amma indi yaşlanmışam və öz yaşıma uyğun rollar oynamaq arzusundayam”.
Cəvahir Səlimqızı
-
Hadisə23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi