Xurcunun sirri çözüldü
Bizi izləyin

Magazin1

Xurcunun sirri çözüldü

“Bakı-2015” Birinci Avropa Oyunlarının qaliblərinə təqdim olunan milli ornamentlərlə bəzədilmiş xurcunun sirri çözülüb. Publika.az xəbər verir ki, bu gün “Günaydın” verilişində qonaq olan Avropa Oyunlarının qalibi Rafael Ağayev studiyaya “sirrli xurcun”u ilə birgə təşrif buyurub.

Məlumat üçün qeyd edək ki, xurcun Avropa Oyunlarının ilk günündən diqqəti cəlb edib. Qaliblərə medalla yanaşı təqdim olunan xalça formasında olan xüsusi xurcunun içərisində nə olduğu hər kəsin marağına səbəb olub. Geniş müzakirələrə səbəb olan bu mövzu ətrafında müxtəlif fikirlər səsləndirilib. Bəziləri xurcunda pul, bəziləri “Quran” kitabının olduğunu iddia edib.

Bugünkü efirində məhz bu iddialara aydınlıq gətirən “Günaydın” verilişinin aparıcısı Vüsalə Kərimova “sirli xurcun”a olan marağı nəzərə alıb. Oyunlarda Azərbaycana qızıl medal qazandıran Rafael Ağayev ona təqdim olunan xurcun ilə pavilyona gəlib. Studiyada xurcunu açan Rafael bütün iddiaları puç edib. Məlum olub ki, xurcundakı medalın qabıdır.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm