Magazin1
“Milli geyimlərimizin dünəni və bu günü” devizi altında yürüş
Dünən Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə “Milli geyimlərimizin dünəni və bu günü” devizi altında yürüş təşkil edilib.
Yürüşdə ictimai birliyin və nazirliyin 30–dan çox əməkdaşı iştirak edib. Əvvəlcə “Rasim folklor” çalğı qrupunun müşayiəti ilə gənc rəqqaslar öz məharətlərini göstəriblər. Daha sonra Asəf Zeynallı adına Musiqi Məktəbinin tələbəsi Vüqar Əbilov və Milli Konservatoriyanın tələbəsi Tuqay İsmayılovun ifalarında “Sarı gəlin”, “Qarabağ şikəstəsi” və s. milli musiqilərimiz səslənib.
Azərbaycan milli dəyərlərinin qorunub saxlanılması, milli musiqi və geyimlərimizin təbliğində gənc nəslin üzərinə düşən öhdəliklər yürüşün əsas məqsədini təşkil edib. Konsert proqramından sonra yürüş “Azneft” meydanından Fəvvarələr meydanınadək davam edib. Yürüş, son dayanacaqda bir sıra milli rəqs nömrələrinin ifası ilə yekunlaşıb.
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır















.jpg)





















