Hədiyyə qalmaqalı
Bizi izləyin

Magazin2

Hədiyyə qalmaqalı

Hollivud ulduzu Cennifer Enistona göndərilən toy hədiyyəsi onun yenicə qurduğu ailəsində ciddi münaqişəyə səbəb olub. Belə ki, aktrisanın keçmiş həyat yoldaşı Bred Pittin hədiyyəsi Castin Terunu qısqandırıb.

Publika.az xəbər verir ki, Bred Pitt keçmiş xanımına büllur vaz və günəbaxan gülü göndərib. Aktrisanın həyat yoldaşı Castin Teru isə bu hədiyyənin sətiraltı mənası olduğunu ehtimal edib. Onun fikrincə, Bred Pitt büllur vaz göndərməklə bu evliliyin sevgi üzərində qurulmadığına eyham vurub. Göndərdiyi günəbaxan gülləri isə Enistonun ən sevimli gülləridir. Teru hesab edir ki, bununla Pitt onun həyat yoldaşının nə sevdiyini bildiyini və bunu unutmadığına işarə vurub.

Bu səbəbdən Eniston hələ də göndərilən hədiyyəni evinə qoya bilmir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm