68 yaşlı əfsanəvi musiqiçi əkiz atası olacaq - FOTOLAR
Bizi izləyin

Magazin2

68 yaşlı əfsanəvi musiqiçi əkiz atası olacaq - FOTOLAR

“The Rolling Stones” qrupunun əfsanəvi rok gitaraçısı 68 yaşlı Ronni Vud əkiz atası olacaq.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, musiqiçinin 36 yaşlı həyat yoldaşı hamilədir.

Qərb mətbuatının yazdığına görə, Salli və Ronni Vudun övladları 2016-ci ilin iyununda doğulacaq. Musiqi kollektivinin nümayəndəsi bildirib ki, cütlük bu xəbərdən çox həyəcanlı və sevinclidir.

Xatırladaq ki, Salli və Ronni Vud doqquz il dost olublar, 2012-ci ildə isə onların arasında romantik münasibətlər yaranıb.

Qeyd edək ki, Vudun əvvəlki nikahlarından 4 övladı var.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm