
Rusiyanın əməkdar artisti Kristina Orbakayte xəstəxanaya
yerləşdirilib.
Publika.az xəbər verir ki, məşhur müğənni həyat yoldaşı ilə bərabər Avstraliyaya uçub. İfaçı uçuş zamanı özünü pis hiss edib. Hava limanında vəziyyəti ağırlaşan Orbakayte xəstəxanaya yerləşdirilib.
İfaçının dediyinə görə, akklimatizasiya baş verib və bu səbəbdən,
vəziyyəti ağırlaşıb. İfaçı sosial şəbəkədə xəstəxanadan şəkil də
paylaşıb.
Kristina Orbakayte Rusiyanın primadonnası Alla Puqaçovanın
qızıdır.
Cəvahir