Teleaparıcı aktrisanı təhqir etdi - FOTOLAR
Bizi izləyin

Magazin2

Teleaparıcı aktrisanı təhqir etdi - FOTOLAR

Penelopa Kruz haqlı olaraq Hollivudun ən gözəl və istedadlı aktrisalarından biri hesab olunur. 42 yaşlı aktrisanın zahirinə yalnız həsəd aparmaq olar: xoş üz cizgiləri, qalın saçları və gözəl bədən quruluşu... Lakin bu ulduzun bədəninin bir hissəsi – ayaqları uzun illər çoxsaylı müzakirələrin mövzusu olub.

Publika.az xəbər verir ki, Penelopa Kruz öz yeni “Nümunəvi erkək 2" filminin promo-tur çərçivəsində növbəti teleşounun qonağı olub. Amma bu müsahibə çətin ki, aktrisanın yaddaşında xoş xatirələrlə qalacaq. Aparıcı Savanna Qantri Kruzun kobud pəncələri haqqında danışmaqla onu təhqir edib.

Aparıcı Kruzun incidiyini başa düşən kimi ulduzun könlünü almağa çalışıb:

“Mən indi nə hiss etdiyimi heç bilmirəm. Güman edirəm ki, ayaqlarınızın kobud olduğunu özünüz etiraf etmişdiniz”.

Lakin Penelopa aparıcının bu sözlərinə qətiyyətlə cavab verib:

“Mən bunu deməmişəm. Narahat olmağa dəyməz, hər şey qaydasındadır”.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm