Tanınmış aktrisa oğul anası oldu
Bizi izləyin

Magazin2

Tanınmış aktrisa oğul anası oldu

Məşhur aktrisa Enn Heteuey oğul anası olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisanın oğlu martın 24-də dünyaya gəlib. Məşhur zərgər Adam Şaulmanla evli olan aktrisa xəbəri gizli saxlamağa çalışsa da bu barədə məlumat yalnız indi məlum olub. Məlumata görə, cütlük yeni doğulan körpəyə Conatan Rouzbenk adını qoyub.

Məlumat üçün bildirək ki, 34 yaşlı aktrisanın səhhətində bəzi problemlər olduğu üçün o, ana ola bilməməkdən narahat idi. Cütlüyə yaxın mənbənin sözlərinə görə, onlar uzun müddət övlad həsrətində olduğu üçün hazırda valideyn olmağın sevincini yaşayırlar.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm