Ebru Gündeş atasını xilas etdi
Bizi izləyin

Magazin2

Ebru Gündeş atasını xilas etdi

Ebru Gündeş illərdir küsülü olduğu atasının kirayədə yaşadığı dükanın satılacağını öyrənəndə ona yardım əlini uzadıb.

Mağazadan çıxmaq istəməyən atasının imdadına qızı Əbru Gündeş çatıb. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mağazanı ifaçı özü almağa qərar verib.

Qızının yardımından dolayı çox xoşbəxt olduğunu söyləyən Rəmzi Gündeş "Allah ondan razı olsun, xızır kimi yetişdi. Bura satılsaydı, pərişan olardım. Mən buradan başqa yerdə yaşaya bilməzdim. Üç aydır ki, gözümə yuxu girmirdi. Qızım dükanı aldıqdan sonra rahat yatıram. Allah onu həyat yoldaşına qovuşdursun. Qızını ona bağışlasın" deyə bildirib.

Ötən il müğənninin atası qızını ona baxmamaqda günahlandırmışdı, həmçinin ondan heç bir yardım gözləmədyini demişdi.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm