Tarkandan toyla bağlı açıqlama
Bizi izləyin

Magazin2

Tarkandan toyla bağlı açıqlama

Sevgilisi Pınar Dilekle gizlicə nikah kəsdirən müğənni Tarkan haqqında çıxan iddialara cavab verib.

Publika.az xəbər verir ki, Meqastar iddiaların əksinə nikahın bu qədər tələsik kəsilməsinin Pınarın hamilə olması ilə əlaqəli olmadığını bildirib: “Ölkənin gündəmi kədərlidir. Belə halda səssiz qalmaq istədik. Toy mayın 6-da Kölndə olacaq. Onu da deyim ki, həyat yoldaşım hamilə deyil”.

Toyla bağlı digər detallar da artıq mediaya bəlli olub. Belə ki, Tarkan toyda xüsusi tikdirilmiş kostyum, Pınar isə Zeynep Erdoğan imzalı gəlinlik geyinəcək. Cütlük toydan sonra bal ayı üçün Uzaq Şərqə səyahət edəcək.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm