Əmrahın 3,5 milyonluq evi - FOTOLAR
Bizi izləyin

Magazin2

Əmrahın 3,5 milyonluq evi - FOTOLAR

Qazandığı pulları daşınmaz əmlaka yatıran Əmrah 3,5 milyon lirəyə yeni ev alıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni mövsümdən “Məhəbbət və Mavi” adlı serialı ilə tamaşaçılarını sevindirməyə hazırlaşan aktyor yeni ev alıb. Türkiyəli ulduzun evini dəyişməsinin səbəbi həyat yoldaşı Sibel Kirerin yenidən hamilə olmalısıdır. Yeni evin dizaynı ilə Əmrahın həyat yoldaşı şəxsən özü məşğul olub və müğənninin istəklərini də nəzərə alıb. 280 kvadratmetrlik Boğaz mənzərəli evin dəyəri 3,5 milyon lirədir.

Xatırladaq ki, Əmrahın Sibel Kirer ilə nikahından bir il əvvəl bir oğlu dünyaya gəlib. Ulduzun illər vətandaş nikahında yaşadığı qadından isə 23 yaşlı bir oğlu daha var.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm