Hollivud ulduzu Trampa səslənib Ərdoğandan kömək istədi - - FOTOLAR
Bizi izləyin

Magazin2

Hollivud ulduzu Trampa səslənib Ərdoğandan kömək istədi - - FOTOLAR

Hollivud ulduzu Lindsi Lohan Türkiyə səfərindən sonra “Twitter” hesabından liderlərə müraciət edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Ərdoğanın çıxışını paylaşaraq Putin və Trampı da köməyə çağıran Lohan suriyalı qaçqınlara dəstək üçün avtomobil satmağı təklif edib.

“Suriyalı miqrantlar üçün bir fəaliyyət təşkil edərək avtomobil sataq. Bəlkə Ərdoğan və Putin də bizə dəstək olar”, - deyə o, qeyd edib.

Suriyalılara sığınacaq verilməsi ilə bağlı maarifləndirmə tədbirləri ilə məşğul olan amerikalı müğənni Lindsay Lohan, bundan bir gün əvvəl ABŞ-ın 45-ci prezidenti Donald Trampa səslənib.

“Lütfən sizə kömək etməmə icazə verin. #Dünya5tenbüyüktür. İstanbul və Suriyaya mənimlə gəlin. Yaşananları ilk məndən duyun”, - deyə ulduz yazıb.

Saat firması ilə imzaladığı reklam müqaviləsindən sonra Türkiyədəki qaçqınlarla maraqlanan Lohan sosial mediada paylaşmalarda əsas yeri prezident Rəcəb Tayyib Ərdoğanın “dünya beşdən böyükdür” sözünə yer verir.

Mələk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm