Alla Puqaçova, yoxsa Ququş? - HEÇ BİRİ
Bizi izləyin

Magazin2

Alla Puqaçova, yoxsa Ququş? - HEÇ BİRİ

Alla Puqaçovanın ifa etdiyi "Milyon alqırmızı qızılgül" (Million alıx roz) mahnısı ətrafındakı qalmaqal səngimək bilmir.

Alla Puqaçovanın ifa etdiyi "Milyon alqırmızı qızılgül" (Million alıx roz) mahnısı ətrafındakı qalmaqal səngimək bilmir. Rusiya mətbuatı da mahnının plagiat olduğunu və ilk ifaçısının azərbaycanlı müğənni Ququşun 1969-cu ifa etdiyini iddia edib.

Ququşa atılan “şər”

Femida.az mövzu ilə bağlı araşdırma aparıb və məlum olub ki, həmin ifa Ququşa məxsus deyil. Belə ki, hamımızın uzun illər dinlədiyi "Milyon alqırmızı qızılgül" mahnısını iranlı müğənni Farzaneh 2008-ci ildə “Gole Rose” adı ilə fars dilində ifa edib. Sosial şəbəkələrə Ququşun adı ilə təqim edilib.



Süd dükanını satıb, milyon qızılgül alan oğlan

Ancaq araşdırma bununla bitmir. Öncə deyək ki, "Milyon alqırmızı qızılgül" ifadəsi isə məşhur gürcü rəssamı Niko Pirosmaninin bioqrafiyasından götürülüb. Niko Pirosmani Marqarita adlı bir aktrisaya vurulur, o zaman yeganə gəlir mənbəyi olan süd dükanını sataraq, qazandığı pulla Marqaritanın yaşadığı hotelə aparan dar cığırlı daş döşəmələrə minlərlə qızıl gül düzür. İçki məclisində Pirosmani söhbəti dostlarına açır. Həmin günün axşamı səfil rəssamın sevgi macərası kafelərdə söylənərək bir neçə günə bütün Tiflisə yayılır.

Daha sonra Marqarita o insanın Pirosmani olduğundən xəbər tutur yə teatrlarının konsert dəvətnaməsini ona göndərir. Lakin səfil həyatı keçiriən rəssam dəvətdən xəbərsiz olur, dəvətnamənin göndərildiyini biləndə isə artıq Marqarita Tiflisdən Parisə getmiş olur. İllər sonra Pirosmani “Aktrisa Marqarita” adlı bir əsər yaradır.

Bəs, "Milyon alqırmızı qızılgül"ün ilk ifaçısı kimdir?

Latviyalı bəstəkar 1981-ci ildə şeirə Raymond Pauls mahnı bəstələyir. Çoxumuzun "Milyon al-qırmızı qızılgül" kimi tanıdığı mahnınıya Litva şairi Leons Briedis tərəfindən "Dāvāja Māriņa meitenei mūžiņu" (Marina qıza həyat verdi) adlı şeir yazılır.

Mahnı ilk dəfə Mikrofons radiosunun təşkil etdiyi "Mikrofona aptauja" mahnı yarışmasında Ayya Kukul və Liqa Kreyberq ifasında təqdim olunur.




Daha sonra rus şairi Andrey Voznesenski Pirosmanin sevgi hekayətini nəzmə çevirərək rus dilində “Milyon alqırmızı qızılgül” şeirini yazır. 1982-ci ildə isə Alla Puqaçova ifa edir.

Lakin mahnı ilə bağlı fikirlər tam bununla yekunlaşmır.

Hər kəsin bilmədiyi plagiat

Əslində Ayya Kukul, yaxud Alla Puqaçovanın ifa etdiyi "Milyon alqırmızı qızılgül" mahnısının musiqisi amaerikalı müğənni Ben Kinqin “Spanish Harlem” mahnısı ilə eynilik təşkil edir.



Həmin mahnının musiqisi Jerri Libe və Mayk Stolleyə məxsusdur. Mahnı ilk dəfə 1960-cı ildə başqa versiyada "First Taste of Love" adı ilə Ben Kinqin sinqlında yer alıb. Bu o deməkdir ki, uzun illər dəbdən düşməyən "Milyon alqırmızı qızılgül" mahnısının bəstəkarı kimi tanınan Raymond Pauls plagiata əl atıb.

Ben Kinqin "First Taste of Love" albomu - 1960-cı il



"Milyon alqırmızı qızılgül"ün ilk ifaçıları - Ayya Kukul və Liqa Kreyberq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm