Türkan Şoray pərəstişkarlarına ÜZÜCÜ XƏBƏR
Bizi izləyin

Magazin2

Türkan Şoray pərəstişkarlarına ÜZÜCÜ XƏBƏR

Türkan Şorayın iki böyrəyi də kuşinq xəstəliyinə tutulub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın meneceri Bircan Silan Türkan Şorayın artıq çəkilərinin kuşinq sindromuna səbəb olduğunu açıqlayıb: "Türkan Şoray 2 il əvvəl professor Nihat Yavuz tərəfindən kuşinq sindromundan əməliyyat edilmişdi. Eyni xəstəliyin iki böyrəyində də yenidən başlaması səbəbiylə təkrar müalicəsinə başlanıb. Bu, orqanizmdə çox kortizon ifraz lolunmasına səbəb olan bir xəstəlikdir".

Kuşinq sindromu nədir?

Kuşinq sindromu tez-tez qadınlarda rast gəlinən haldır. Bu xəstəlik zamanı qadın hədsiz dərəcədə kökəlir, qanda şəkərin miqdarı yüksəlir. Xəstələrin böyrəklərində şəkər olur. Böyrəküstü vəzilərindən kortizol adlı hormon hasil edilir. Əgər bu hormon böyrəküstü vəzilərindən çox miqdarda istehsal olunarsa, ya da kortizon adləı dərman uzun müddət yüksək miqdarda istifadə edilsə, kuşinq xəstəliyi meydana gəlir. Bu xəstəlik ilk dəfə amerikalı həkim Harvey Kuşinq tərəfindən tapılıb.

Piylənmədən fərqli olaraq kuşinq sindromu üçün xarakterik simptomları çiyin, ayaq və sağrı əzələlərinin atrofiyaya uğramasıdır. Məhz buna görə də, xəstə ayağa qalxdıqda çətinlik çəkir. Qarın əzələlərinin atrofiyaya uğraması qarnın "qurbağayabənzər" olmasına gətirib çıxarır və beləliklə də qarnın ağ xətt yırtıqlarının yaranmasına səbəb olur.

Piylənmənin proqressiv şəkildə artması və dəridə kollagenin azalması dəridə striya və ya cırılmalara gətirib çıxarır. Striyalar tünd qırmızı və ya bənövşəyi rəngdə olub qarın, bud əzələsinin içəri yuxarı hissəsində, süd vəzilərində, çiyinlərdə yerləşir və striyaların ölçüləri bir neçə santimetrə qədər ola bilər. Bəzən dəridə xırda səpgilər və kiçik ölçülü qansızmalar yarana bilər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm