Monika Belluççidə inanılmaz dəyişim - FOTOLAR
Bizi izləyin

Magazin2

Monika Belluççidə inanılmaz dəyişim - FOTOLAR

Monika Belluççi imicini tamamilə dəyişərək sarışın olmağa qərar verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, italyan aktrisa Monika Belluççi zahiri görkəmi ilə nadir hallarda eksperiment aparır. Pərəstişkarları da qonur gözlü aktrisanı tünd saçlarda, əsmər halda görməyə adət edib. Dünən isə 52 yaşlı kino ulduzu instaqramda öz şəklini paylaşaraq sarışın olduğunu elan edib. O, bildirib ki, imicini “Madame Figaro” fransız jurnalının Kann kinofestivalına həsr olunan xüsusi buraxılışının fotosessiyası üçün dəyişib.

Bu, artıq birinci dəfə deyil ki, Monika Belluççi sarışın olur. O, 2007-ci ildə çəkilən "İkinci nəfəs" filmi üçün də saçlarını sarı rəngə boyamışdı.

Xatırladaq ki, Belluççi bu il mayın 17-dən 28-dək keçiriləcək Kann Kino Festivalının açılış və bağlanış mərasimlərinin aparıcısı rolunu öz öhdəsinə götürəcək.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm