Məşhur müğənninin bacısı HƏBS OLUNDU - FOTO
Bizi izləyin

Magazin2

Məşhur müğənninin bacısı HƏBS OLUNDU - FOTO

Türkiyəli məşhur müğənni Hülya Avşarın bacısı Helin Avşar məhkəmə prosesinə cəlb olunub.

Publika.az xəbər verir ki, Avşar qızı keçən il spirtli içki qəbul edərək avtomobil idarə etmişdi. Yolda polislərin reyd keçirdiyini gördükdən sonra isə yanında olan Sercan Yaşar ilə yerini dəyişdirmişdi.

Polisin diqqətindən qaçmayan bu detalla Helin Avşara məhkəmə işi açılıb.

Məhkəmə tərəfindən hadisə ilə bağlı araşdırma başladılıb. Helin Avşarın sərxoş olduğunu deyən polis yoxlamaya 20 metr məsafədə sərnişinlə sürücünün yerini dəyişdiyini iddia edib.

Məhkəmə bu iddiaları nəzərə alaraq Helin Avşarın sərxoş halda avtomobil idarə etməsi, Sercan Yaşarın isə yalan ifadə verməsi və cinayəti boynuna götürməsi maddələrilə müvafiq olaraq 6 ay və 3 il həbs cəzasına qərar verib.

Lakin Helin hakimin qərarına etiraz edib və iddiaları yalanlayıb. Yoxlama aparan polisin dəllilərində də faktı təsdiqləyəcək detal tapılmayıb.

Son olaraq məhkəmə Helin Avşarın sərxoş halda avtomobil idarə etdiyi üçün 4 ay həbs cəzası çəkməyinə qərar verib. Məhkəmə proses müddətində Avşarın düzgün davranışlarını nəzərə alaraq cəzanı 3 ay 10 günə endirib. Verilən cəza 5 il müddətində təxirə salınıb.

Sercan Yaşar isə 25 gün həbs cəzasına məhkum edilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm