Magazin2
Aparıcının qatilinin keçmiş sevgilisi də güllələnibmiş - DƏHŞƏTLİ FAKTLAR
Türkiyənin tanınmış aktyoru və aparıcısı Vatan Şaşmazı öldürən keçmiş model Filiz Aker haqqında ilginc məlumatlar ortaya çıxıb.
Publika.az xəbər verir ki, model 27 il əvvəl bir təcavüzçü tərəfindən qaçırılıb. Kilyos yolunda baş verən hadisə zamanı Aker özünü maşından ataraq xilas olmağa çalışıb. Lakin bu zaman ağır xəsarət alıb. Sözügedən hadisədə aldığı xəsarətlərə görə modelin yerləşdirildiyi xəstaxanada çəkilmiş fotosu yayılıb. Türkiyə mətbuatı Filiz Akerin iş adamı Şəmsi Denizerlə də eşq yaşamasına işıq salıb. Şemsi Denizerin 6 avqust 1999-cu ildə Zonguldağdakı evinin qarşısında 13 güllə ilə öldürülməsini yenidən gündəmə gətirərək hadisələrin arasında əlaqənin olub-olmadığına dair suallar ortaya atılıb. Məlumatlarda Şemsi Denizeri Cengiz Balık adlı şəxsin 40 milyon manat borc üçün öldürdüyünü, lakin hadisə ilə bağlı istintaqın davam etdirilmədiyi, başqa şəxslərin iştirakının olub-olmamasına dair məlumatların olmadığını qeyd ediblər.
Vatan Şaşmaz cinayətini də modelin pula görə etdiyi bildirilir.
Belə ki, aparıcının keçmiş sevgilisindən 1 milyon dollar borc
aldığı, lakin geri ödəmədiyi qeyd olunur. Bundan əlavə, Filiz
Akerin psixoloji problemləri olduğuna dair məlumatlar mətbuatda yer
alıb. Belə ki, Aker təxminən üç ay əvvəl intihara cəhd edib.
Modelin yaxın dostu Nurcan Sabur da onun iki il bundan əvvəl həb
içib, intihara cəhd etdiyini bildirib. Akerin yaxın dostları onun
Vatan Şaşmazı 10 ildir sevdiyini, dəfələrlə "Ona 3-4 milyon
xərclədim. Arvadından boşanmazsa, onu öldürərəm" dediyini
açıqlayıblar.
Pərviz Hüseyn

-
Qoroskop02:00Günün ulduz falı: sevgi xırda detallarda gizlənəcək
-
İdman01:20Messi ilə bağlı planı açıqladı: Seçkidə qalib gəlsə…
-
Hadisə00:55Keçmiş axundun oğlu qəza törətdi: Ölən və yaralananlar var - Foto
-
Nəqliyyat00:35Aeroport yolu bağlandı
-
Ekologiya13 Fevral 23:35Fevralda 20 dərəcə isti - Bahar havası neçə gün davam edəcək?
-
Ekopublika.az13 Fevral 22:20"Sea Breeze"də 500 min kv.m yer alan biznesmen kimdir?
-
Dünya13 Fevral 21:52ABŞ İrana görün nə göndərib: minlərlə ədəd... - Məqsəd nə olub?
-
Sosial13 Fevral 21:13Müjdə verildi: Hər kəs şəhərdən kəndə axın edəcək







.jpg)
.jpg)



.jpg)


















.jpg)





