Məşhur prodüserin seks macəraları - İncitdiyi qadınlardan üzr istədi - - FOTO
Bizi izləyin

Magazin2

Məşhur prodüserin seks macəraları - İncitdiyi qadınlardan üzr istədi - - FOTO

Hollivud filmlərinin məşhur prodüseri Harvi Veynşetyn haqqında çıxarılan təcavüz ittihamlarını qəbul edib.

Publika.az xəbər verir ki, 1997-ci ildə “Oskar” mükafatına layiq görülən prodüser 30 ildir ki, film sektorundakı bir çox qadına cinsi təcavüz etdiyini etiraf edib.

“Pulp Fiction”, “Silver Linings Playbook” və “Lord of the Rings” kimi əfsanəvi filmlərin prodüserliyini edən H.Veynşteyn etiraflarından dərhal sonra işlədiyi şirkətin idarə heyətindən qovulub.

65 yaşlı prodüser əməllərindən dolayı peşman olduğunu dilə gətirib və iş yoldaşlarına verdiyi “əziyyətə” görə üzr istəyib.

“Miramax Production”, “Weinstein Company” kimi şirkətlərin sahibi olan prodüserin təcavüz etdiyi qadınlar arasında Eşli Cudd və Roza Makqovan kimi məşhur aktrisalar da var.

Harvinin ailə vəkili Liza Blum prodüserin psixoloji vəziyyətinin normal olmadığını və sağlamlığını geri qaytarmaq üçün bol-bol kitab oxuduğunu, terapiyalara getdiyini bildirmişdi. Lakin etiraflardan sonra vəkil də Harvi ilə yollarını ayırmaq qərarına gəlib.

Qeyd edək ki, Harvi Veynşteyn hazırda ingiltərəli modelyer Corcina Çapmanla evlidir və cütlüyün 2 övladı var.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm