Türkiyənin dünyaya səs salan filminin Azərbaycanda nümayiş TARİXİ AÇIQLANDI
Bizi izləyin

Magazin2

Türkiyənin dünyaya səs salan filminin Azərbaycanda nümayiş TARİXİ AÇIQLANDI

Türkiyə istehsalı olan “Ayla” filminin Azərbaycanda nümayiş tarixi açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə Nizami Kino Mərkəzinin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova məlumat verib. Onun sözlərinə görə, tamaşaçıların çoxsaylı istəyini nəzərə alaraq “Oskar”a “Xarici dildə ən yaxşı film” kateqoriyasına namizəd göstərilən "Ayla" filmi 7 dekabrdan etibarən Nizami Kino Mərkəzində nümayiş olunmağa başlayacaq.

Məlumat üçün bildirək ki, rejissorluğunu Can Ulkayın etdiyi “Ayla” filmi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Kino Təşkilatı nümayəndələrindən ibarət 17 nəfərlik məclis tərəfindən “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə “Oskar”a namizəd göstərilib.

Film 1950-ci illərdə Koreya müharibəsinə gedən türkiyəli əsgər Süleyman Dilbirliğinin kiçik bir koreyalı qıza sahib çıxması, müharibəndən sonra Türkiyəyə qayıtmaq məcburiyyətində qalan mənəvi ata ilə qızın 50 il sonra görüşdüyü gerçək və təsirli hekayədən bəhs edir.

“Ayla” 80-110 film arasında yarışacaq. Bu filmlər Akademiyanın 8 minə yaxın üzvü tərəfindən izləndikdən sonra aralarından 5 film seçilərək “Oskar” almaq üçün finalda yarışır.

Ekran işində İsmail Hacıoğlu, Kim Seol, Çetin Tekindor, Çetin Tekindor, Lee Kyung-Jin, Ali Atay, Murat Yıldırım və Sinem Uslu rol alıb.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm