Məşhur aktyor HƏBS OLUNDU
Bizi izləyin

Magazin2

Məşhur aktyor HƏBS OLUNDU

Bollivud ulduzu Salman Xan haqqında həbs qərarı çıxarılıb.

Publika.az xəbər verir ki, məşhur aktyor nəsli tükənməkdə olan antilopları ovladığı üçün ittiham edilib.

Aktyor məhkəməyə çıxarılıb və 1998-ci ildə təşkil edilən bir ov şənliyində 2 antilopu vurduğu üçün 5 il həbs cəzası alıb.

Eyni şənliyə qatılan Bollivud ulduzları Saif Əli Xan, Sonali Bendre, Tabu və Nəlam Kotari isə dəlil çatışmazlığı səbəbindən azadlığa buraxılıb.

Qeyd edək ki, Salman Xanın 2002-ci ildə açılan daha bir məhkəməsi davam etməkdədir. O, avtomobilinin nəzarətini itirmiş və yol kənarında yatan insanların üzərinə çıxmışdı. Hadisə zamanı 1 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm