Hadisənin ayağı zədələndi və inanılmaz dərəcədə kökəldi - FOTO
Bizi izləyin

Magazin2

Hadisənin ayağı zədələndi və inanılmaz dərəcədə kökəldi - FOTO

Almaniyanın Gelsenkirçen şəhərində konsert verən Hadisə artıq çəkisi ilə diqqət mərkəzində olub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, açıq havada baş tutan konsertdə sənətçini izləmək üçün təxminən beş mindən artıq adam toplaşıb.

Xüsusi orkestri və rəqs qrupu ilə səhnəyə çıxan Hadisə konsert üçün qısa kostyum seçib. Ayağı əzilən sənətçi səhnəyə bir ayağında tibbi ayaqqabı, digər ayağında isə qara çəkmədə səhnəyə çıxıb.

Səhhətindəki problemə baxmayaraq, səhnəyə çıxıb şou göstərən ulduz sənəti uğrunda çox şeydən keçməyə hazır olduğunu dilə gətirib:

"Gördüyünüz kimi, bir ayağımda tibbi ayaqqabı var. Həkimim “Səhnəyə çıxmasan, yaxşı olar”, - dedi, amma mən bütün tədbirlərimi alıb görüşünüzə gəldim. Bəlkə də tam performans göstərmirəm, amma bir yerdəyik, bərabərik bu da məni xoşbəxt etdi. Ağrılarım çox oldu, neçə gündür yatıram. Özümü çox pis hiss edirdim, amma buraya gələndə təşkilatçılar mənə çox yaxşı baxdı”.

Kədərli xatirəsini paylaşan Hadisə qaldığı hoteldə başına gələn hadisədən çox təsirləndiyini bildirib:

"Hotelin girişində əlil arabasında ayağını itirmiş adam gördüm, yenə də şükür Allaha ki, burdayam. Pərəstişkarlarımla qarşılaşacağam dedim".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm