41 kq arıqlayan aktrisa TANINMAZ HALDA - FOTO
Bizi izləyin

Magazin2

41 kq arıqlayan aktrisa TANINMAZ HALDA - FOTO

“Sehrli Annem” serialında canlandırdığı Tuğçe xarakteri ilə yaddaşlarda həkk olunan Damla Ersubaşı 41 kq arıqlayıb.

Publika.az “Hurriyet”ə istinadən xəbər verir ki, “Teve2” ekranlarında yayımlanan “2.sayfa” proqramına olan aktrisa arıqlama mərhələsində qarşılaşdığı çətinliklərdən danışıb:

“Pəhrizi və idmanı sınaqdan keçirdim, amma heç bir şəkildə arıqlamadım. Bədənim yağ yamdırmırdı, piy miqdarı həddi keçmişdi. Son çarəm əməliyyat etmək idi. Çəkim hərəkət etməyə mane olurdu, həyatımı çətinləşdirirdi. Əməliyyatdan sonra 6.5 ayda 41 kq arıqladım. Bu prosesdən öncə və sonra psixoloji dəstək aldım. Orqanizmi az qidalanmağa hazırlamaq çox mühümdür.

Əməliyyat olduqdan sonra çox xoşbəxt oldum. Hazırda istədiyim çəkidəyəm. Sözsüz ki, hər istədiyimi yeyə bilmirəm, yoxsa yenə ən başa qayıdaram, yediyimə diqqət edirəm. Çəkimi saxlamaq məcburiyyətindəyəm. Çörəyi həyatımdan çıxardım, daha zəngin zülal tərkibli məhsularla qidalanıram. Xəmir xörəkləri, makaronlardan uzağam, təbii ki, ürəyim istədiyi vaxtlar olur, amma yenə də diqqət edirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm