"Hörümçək adam"ın yaradıcısı öldü
Bizi izləyin

Magazin2

"Hörümçək adam"ın yaradıcısı öldü

Marvel komikslərin yaradıcısı kimi məşhurlaşan yazıçı Sten Li 95 yaşında vəfat edib.

Publika.az gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə onun qızı mediaya məlumat verib.

Bildirilib ki, noyabrın 12-də səhər saatlarında Linin halı pisləşib və təcili yardım çağırılıb. O, Los-Ancelesdəki xəstəxanalardan birində dünyasını dəyişib.

Onun qızı vurğulayıb ki, atası bir neçə ildir ki, ciddi xəstəlikdən, o cümlədən pnevmaniyadan və yaddaşsızlıqdan əziyyət çəkirdi.

Li həmçinin “Hörümçək adam”, “Halk”, “X insanlar”, “Dəmir adam” personajlarının yaradıcısıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm