Obamadan Cennifer Lopesə MƏSLƏHƏT - FOTO
Bizi izləyin

Magazin2

Obamadan Cennifer Lopesə MƏSLƏHƏT - FOTO

ABŞ-ın sabiq prezidenti Barak Obama Cennifer Lopesə uğurlu nikahın sirrini açıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq prezident 49 yaşlı dünya şöhrətli müğənni və 43 yaşlı beysbolçu Aleks Rodrigezə nişanlanmaları münasibəti ilə təbrik məktubu göndərib. Bu gün müğənninin nişanlısı İnstaqramda Barak Obamanın əlyazma məktubunu paylaşıb.

Amerika Birləşmiş Ştatlarının 44-cü prezidenti və həyat yoldaşı Mişel Obama cütlüyə belə bir mesaj göndərib:

“Cennifer və Aleks, Mişellə mən sizi nişanlanmağınız münasibəti ilə təbrik etmək istədik. 26 illik birgə həyat sürdükdən sonra aşağıdakıları söyləyə bilərik: həyatdakı çətinliklər nə olursa olsun, onları sevdiyiniz insanlarla bölüşmək yaxşıdır. Sizə hər şeyin ən yaxşısını arzu edirik”.

Məlumat üçün bildirək ki, Mişel Obama bu yaxınlarda verdiyi müsahibədə etiraf edib ki, Barak Obama ilə nikahın ilk illəri asan olmayıb.

“Uzun illər anası Barakın yanında olmayıb. Mən həmişə hesab edirdim ki, sevgi yaxın olmaq və şam yeməklərini birlikdə yemək deməkdir. Mən narahatlıqlarımı bölüşmək və fərqli sevməyi öyrənmək məcburiyyətində qaldım. Bu mənim formalaşmamın və bizim vahid olmağımızın mühüm hissəsidir”, deyə Mişel Obama qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm