13 yaşlı qızından Ancelina Coliyə BÖYÜK ZƏRBƏ
Bizi izləyin

Magazin2

13 yaşlı qızından Ancelina Coliyə BÖYÜK ZƏRBƏ

44 yaşlı Ancelina Coli ilə 55 yaşlı Bred Pittin 13 yaşlı qızı Şaylo daha anası ilə yaşamaq istəmir.

Publika.az xəbər verir ki, Xarici KİV-lərin yazdığı məlumata görə, qız anasını bu yaxınlarda köçməyə hazırlaşdığı atasına dəyişib. İddiaya görə, Şeylo anasının boşanma prosesindən və uşaqların qəyyumluğu ilə bağlı məsələlərin həll olunmamasından narazıdır. Nəticədə qız “Fəlakət zonası” adlandırdığı anasının evini tərk etməyə qırar verib. Qızı aktrisadan heç bir icazə almayıb.

Mənbələrin məlumatına görə, qızı tərəfindən tərk edilən Ancelina sarsılmış vəziyyətdədir. Bred Pitt isə qızı bundan sonra onunla birlikdə yaşayacağı qüçün xoşbəxtdir. Mənbə onu da irəli sürüb ki, Şeylanın bioloji və övladlıq olan bacı və qardaşları da onun izi ilə gedə bilər. Uşaqlar evdəki mühitdən narazı olduqlarını iddia edir.

Bununla belə, bu yaxınlarda paparatsilərin kameralarına yaxalanan Coli və uşaqları olduqca şən görünüb.

Xatırladaq ki, uşaqların qəyyumluğu məsələsində bir qərara gələ bilməyən cütlüyün boşanma prosesi hələ də davam edir. Əvvəlcə Coli ümumiyyətlə Pittin uşaqlarla danışmasına qarşı idi, amma sonda kompromisə gəldi. Belə ki, aktrisa tək qəyyumluqdan imtina edib, Pitt indi istədiyi vaxt uşaqlarla ünsiyyət qura bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm