“Netflix” izləyicilərinə ŞAD XƏBƏR: Şahzadə Harri və Meqan Markl...
Bizi izləyin

Magazin2

“Netflix” izləyicilərinə ŞAD XƏBƏR: Şahzadə Harri və Meqan Markl...

Kraliyyət imtiyazlarından imtina edərək ABŞ-a köçən İngiltərə şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl “Netflix” kino şirkəti ilə razılığa gəlib.

Publika.az xəbər verir ki, cütlük razılaşma çərçivəsində sənədli film, qısa serial, film və şou, həmçinin uşaq proqramlarında yer alacaq.

Məsələ ilə bağlı açıqlamalarında Harri və Meqan cütlüyü bu sözləri deyib: “Həyatlarımız bizə fərd və cütlük olaraq insan ruhunun gücünü anlamağımızı göstərdi. Cəsarət, müqavimət və əlaqə ehtiyacı. Fokusumuzda bilgi və ümid verən mövzular olacaq. Yeni valideynlər olaraq ilham verən ailə proqramları hazırlamaq bizim üçün də önəmli olacaq”.

“Netflix”in məzmundan məsul idarəçisi Ted Sarandos cütlüyün şirkəti seçmələrindən qürur duyduqlarını bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm