Məşhur aktrisa hiddətləndi: "Binamızdan heç kim sağ çıxmadı"
Bizi izləyin

Magazin2

Məşhur aktrisa hiddətləndi: "Binamızdan heç kim sağ çıxmadı"

Nənəmlə Yalovada yaşayırdım. İtimiz itdiyi üçün o gecə nənəmgillə anamın yanına getdik. İtin itməsi taleyimizi dəyişdirdi. Binamızdan heç kim sağ çıxmadı. Hazırkı zəlzələ Gölcük zəlzələsindən min qat daha pisdir.

Publika.az xəbər verir ki, bu sözləri məşhur aktrisa Bestemsu Özdemir sosial mediada yazıb.

Aktrisa onu da qeyd edib ki, sosial meidada hər hansı paylaşımlar etmək qəhrəmanlıq deyil. O, eyni zamanda dağıntılar olan əraziyə gedib foto paylaşan məşhurları tənqid edib.

"Ordakı insanların vəziyyətini paylaşmaq çox ayıbdır. Ora sirk deyil, qəhrəmanlıq isə heç deyil. İnsanların motivasiyaya, kimisə qucaqlayıb ağlamağa ehtiyacı var. "Tək Ürək Türkiyə" yardım kampaniyasına saç və makiyaj edib gələnlər vardı. Yas proqramına çıxarkən bir qədər ədəbli olmaq lazımdır. Bəlkə o ərazidə olduğum olduğum üçün daha həssas ola bilərəm", - deyə aktrisa bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm