Alen Delonun qeyri-qanuni oğlu evində ÖLÜ TAPILDI - FOTO
Bizi izləyin

Magazin2

Alen Delonun qeyri-qanuni oğlu evində ÖLÜ TAPILDI - FOTO

Məşhur fransız aktyoru, rejissor, prodüser, ssenarist Alen Delonun ehtimal olunan oğlu (qeyri-qanuni), fotoqraf Ari Bulon cümə günündən şənbəyə keçən gecə Parisin Cambronne küçəsindəki (15-ci rayon) evində ölü tapılıb.

Publika.az "Le Parisienə istinadla xəbər verir ki, bu barədə yayılan məlumatı Paris prokurorluğu təsdiq edib.

Onun yoldaşı olacaq 58 yaşlı qadın "təhlükə altında olan şəxsə kömək etmədiyi" üçün polis nəzarətinə götürülüb.

Paris prokurorluğundan bildirilib ki, tədbir hemiplegik olan qurbanın ölümünün hansı şəraitdə baş verdiyini aydınlaşdırmaq üçün qərara alınıb.

İstintaq 15-ci məhəllə polis bölməsinə həvalə edilib.

Həmin qadın səhər saat 4 radələrində polisə zəng edərək 60 yaşlı fotoqrafı qonaq otağında parçalanmış vəziyyətdə tapdığını deyib.

İstintaqın ilk elementlərinə görə, Ari Bulon səhhətində yaranmış problemlərdən əziyyət çəkib. O, bu yaxınlarda təcili yardım xidmətləri tərəfindən "Georges Pompidou Europe" xəstəxanasına aparılıb.

Sənətçinin meyiti yarılmaq üçün Parisin Tibbi-Hüquq İnstitutuna aparılıb.

Qeyd edək ki, Ari Bulon hər zaman məşhur aktyorun oğlu olduğunu iddia edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm