Magazin2
Məşədi İbadın Gülnazına şükür, bunun neçə adaxlısı varmış? - Onun haqqında bilmədiklərimiz - FOTO

Xəbər verdiyimiz kimi, məşhur Hollivud aktyoru Al Paçino bu yaxınlarda dördüncü dəfə ata olacaq. Ancaq uşağın anası Nur Əlfallah sıradan biri deyil.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, əvvəllər bir çox dünya ulduzları ilə görüşən qızın "milyarder ovçusu" olmadığı üzə çıxıb. Məlum olub ki, Nurun küveytli atası Falah "Q8 Capital Inc"in prezidentidir. "New York Post"un 2013-cü ildə yazdığına görə, Nur ailəsinin sərvəti 9 rəqəmlidir. Buna görə mediada qıza hətta Küveyt şahzadəsi də deyirdilər. Əlfallah heç vaxt dəbdəbəli həyat arzusunu gizlətməyib. O, öz xərclərini nüfuzlu sevgilisi olmadan da asanlıqla qarşılaya bilər. Nur əsasən Fransada, Kapri və Sen-Tropezdə Kot d'Azurda dincəlməyi sevir. Onun Sienna Miller, Timoti Şalame və Kelli Ruzerford kimi dünya ulduzları ilə dostluq etdiyi də bildirilib. Nurun belə şəxsiyyətlərlə tanış olmağı bacarması təəccüblü deyil. O, kollecdə kinematoqrafiya təhsili və Cənubi Kaliforniya Universitetinin Kinomatik Sənətlər Məktəbində bakalavr dərəcəsi alıb. Ancaq qız bununla da dayanmayıb, sonradan film və televiziya üzrə magistraturanı bitirib. Əlfallah həmçinin qısametrajlı "A Little Death" filminin və "Brosa Nostra" qısa televiziya seriyasının icraçı prodüseri olub.
Xatırladaq ki, Al Paçinodan əvvəl Nur "Rolling Stones" qrupunun solisti Mik Jaqqer ilə münasibətdə olub. Həmin vaxt Əlfallanın 22, musiqiçinin isə 74 yaşı olub. 2018-ci ildə prodüser 61 yaşlı milyarder Nikolas Berqruenlə görüşməyə başlayıb. Qızın həm də 91 yaşlı rejissor və aktyor Klint İstvudla görüşdüyü iddia olunur.






-
Dünya05:45
Aqressiv boz ayı iki trusti öldürdü
-
Qoroskop04:44
İki bürc tezliklə milyon əldə edə bilər
-
Qarabağ 03:13
ŞOK İDDİA: 3 separatçı lider Ermənistana keçib?
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qıcıqlı davranıb könül sındırmayın
-
Region1 Oktyabr 23:00
Türkiyənin uçan avtomobili TEKNOFEST-də - FOTO
-
İqtisadi gündəm1 Oktyabr 22:24
Azərbaycanda sement BAHALAŞDI - VİDEO
-
Ekologiya1 Oktyabr 21:12
Bu gecə qeyri-adi astronomik hadisə baş verəcək
-
Magazin11 Oktyabr 20:12
Azərbaycanda bu məşhur şəxs oğluna toy etdi - VİDEO