"Dostlar" serialının ulduzu VƏFAT ETDİ - FOTO
Bizi izləyin

Magazin2

"Dostlar" serialının ulduzu VƏFAT ETDİ - FOTO

"Dostlar" serialının ulduzu Metyu Perri 54 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə TMZ hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.

İlkin məlumatlara görə, aktyor Los-Ancelesdəki evində olarkən cakuzidə boğularaq ölüb.

Agentliyin mənbəsi qeyd edib ki, ürək tutması ilə bağlı zəngdən sonra hadisə yerinə təcili tibbi yardım işçiləri gəlib.

Perrinin öldüyü yerdə heç bir narkotik vasitə qalıqlarının tapıl-tapılmaması da dəqiqləşdirilir.

Polis qeyd edib ki, zorakı ölüm izlərinə də rast gəlinməyib.

Metyu Perri iyun ayında Los-Ancelesdəki "Hollywood Hills"də ev alıb. O, bunun üçün təxminən beş milyon dollar ödəyib.

Metyu Perri 1969-cu il avqustun 19-da ABŞ-ın Massaçusets ştatında anadan olub. Onun ən məşhur və sevimli rolu 27 "Emmy" mükafatına namizəd olan və dörd dəfə ən yaxşı komediya serialı seçilən Amerikanın "Dostlar" sitkomunda "Chandler Bing" roludur.

Perri həmçinin "Doqquz Yards", "Tanqo for Three", "The Ron Clark Story" filmləri ilə də yadda qalıb.

O həmçinin "Scrubs", "Beverly Hills","90210", "The West Wing"də qonaq rol alıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm