Abbas Əraqçi qanlı döyüşlər gedən Beyrutda: Livan hakimiyyəti ilə nələr müzakirə olunacaq?
Bizi izləyin

Yaxın Şərq

Abbas Əraqçi qanlı döyüşlər gedən Beyrutda: Livan hakimiyyəti ilə nələr müzakirə olunacaq?

İranın xarici işlər naziri Abbas Əraqçi İslam Respublikasının nümayəndə heyətinə rəhbərlik edərək Livan hakimiyyəti ilə danışıqlar aparmaq üçün Beyruta gedib.

Publika.az xəbər verir ki, bu barədə TASS İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayiyə istinadən məlumat yayıb.

“Beyrut Beynəlxalq Hava Limanına indicə endik. Xarici işlər naziri Abbas Əraqçinin başçılıq etdiyi, tərkibində Məclisin iki üzvü və Qızıl Aypara Cəmiyyətinin rəhbərinin də daxil olduğu nümayəndə heyətimiz Livan hakimiyyətinin nümayəndələri ilə görüşəcək”, - deyə Baqayi "X"də yazıb.

Onun sözlərinə görə, İran nümayəndə heyətinin səfəri çərçivəsində Livana ərzaq və dərmanlardan ibarət humanitar yardım paketi çatdırılacaq.

“İran həmişə cəsur Livan xalqının yanında olacaq. Bütün region Livanın üzləşdiyi vəziyyətin ciddiliyini və onun ölkələrimizin xalqları üçün nəticələrini dərk etməlidir”, - XİN sözçüsü vurğulayıb.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm