Nida Xəbər
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar təkmilləşdirilir.
Publik.az xəbər verir ki, bu barədə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində əks olunub.
Qeyd olunub ki, layihə hərbi qulluqçuların təhsili ilə bağlı normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Nəzərə çatdırılıb ki, layihənin müxtəlif maddələrində “orta ixtisas təhsili” sözləri əlavə edilir. Bununla yanaşı, dəyişikliklərdə müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən kursantlarla yanaşı xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrindən xaric edilən kursantların da müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilməsi təklif edilir.
Sənəddə, habelə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsil sisteminin təkmilləşdirilməsi, tələbələrin həmin təhsil müəssisələrinə daxil olmaqda marağının artırılması məqsədilə gizirlərin və miçmanların tutmalı olduqları vəzifələrin həmçinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçularla komplektləşdirilməsi təklif edilir.
Layihədə bir sıra digər dəyişikliklər də nəzərdə tutulur.
-
Dünya13:38
Bu müharibə iki nəhəng dövləti çökdürəcək - Qorxunc proqnoz
-
Sosial13:04
Naxçıvana yeni icra başçısı təyin edildi
-
Sosial12:42
Nazir İlahə Fərəcovanı direktor təyin etdi
-
MDB12:06
Rusiya buna məcbur oldu: Döyüş əməliyyatları dayandırılır
-
Dünya11:12
CHP-də Ebru Gündeş krizi: 69 milyonluq konsert partiyanı bir-birinə vurdu - VİDEO
-
MDB10:06
Şəhərlər qəbiristanlığa çevrilib: Ukraynaya göydən BAXIŞ - ŞOK VİDEO
-
İdman10:00
Tahir Süleymanov AFFA-nı biabır etdi: Azərbaycan futbolunun düşmənləri...
-
Avropa09:54
Avropada Rusiyaya görə kritik vəziyyət: təhlükəsizlik təşkilatı yaradırlar