“Yeşilçam”ın qəmzəli gözəli vəfat etdi - FOTO
Bizi izləyin

Magazin2

“Yeşilçam”ın qəmzəli gözəli vəfat etdi - FOTO

Türkiyədə “Yeşilçam”ın qəmzəli aktrisası kimi tanınan 61 yaşlı Bahar Öztan vəfat edib.

Publika.az xəbər verir ki, o, 2023-cü ildən bəri bağırsaq xərçəngi ilə mübarizə aparırdı.

Bir həftədir reanimasiyada yatan Bahar Öztan martın 21-i axşam saatlarında vəfat edib.

Qeyd edək ki, 1962-ci il təvəllüdlü aktrisa şampun reklamına çəkildikdən sonra film prodüserlərinin diqqətini çəkib. 1980-ci illərdə o , karyerasının ən parlaq dövrünü yaşayıb.

“Hər kəsə salamlar və sevgilər. Uzun müddətdir ki, sizə yaza bilmirəm. Dünən İstanbulda xəstəxanaya gəldim. Dəyərli həkimlərimin qərar veriblər ki, gələn həftə əməliyyat olunacağam. Həmişə olduğu kimi, dualarınız üçün təşəkkür edirəm və sevginizə ehtiyacım var”, - deyə Öztan ötən ilin oktyabr ayında sosial şəbəkə hesabında yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm