Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
Bizi izləyin

Magazin2

Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."

İllər əvvəl yayımlanan "Çocuklar Duymasın" serialında Duyğu obrazı ilə tanınan Hayal Qarip keçmiş sevgilisi Serkan K-nın zorakılığına məruz qalıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə aktrisa sosial mediada məlumat verib.

Murat Kahraman Özalp ilə evliliyindən iki qızı olan aktrisa yaşadıqlarını belə ifadə edib:

"Keçən il Serkan K. ilə çoxlarının şahidi olduğu münasibətim oldu. Amma həqiqət budur ki, bu münasibətdə mənəvi və fiziki zorakılığa məruz qaldım. Zorakılıq dərhal hiss olunmur. Əvvəl özünə güvən verir, şəfqət göstərir, "hamı getsə də burdayam" deyir, bütün çatışmazlıqları görür, boşluqları doldurur. Yerini təmin edən kimi zorakılıq başlayır. Yaxşı tərəfini gördüyünüz pisin içindəki o yaxşılığa təkrar qovuşmaq ümidi də manipulyasiyalarla gəlir. Nə gedə bilirsən, nə qala bilirsən. Heç vaxt çıxa bilmədiyin bir pis döngüyə girirsən. Uzaqlaşmağa çalışdıqca bir o qədər təzyiq, manipulyasiya və fiziki zorakılıq məni bu münasibətdə tələyə saldı. Təhqirlər, böhtanlar, döyülmələr, döyülmələr, daha çox döyülmələr... Aylarla davam edən bu dövrədən çətinliklə çıxa bildim. Nəhayət ki, qurtuldım... Amma mənə və övladlarıma qalan travmalar bizi bəzən yorur".

O bildirib ki, məhməkəmə prosesi bu gün baş tutub.

"28.03.2024-cü il cümə axşamı səhər saat 10:00-da Çağlayan Ədliyyəsində keçiriləcək məhkəmə prosesimdən əvvəl, ilk növbədə ədalət uğrunda və bəlkə də daha önəmlisi, digər qurbanların qarşısını almaq üçün mübarizəmi sizinlə bölüşməyi məqsədəuyğun hesab etdim. Bir az da özümü tənha hiss etməmək və başqa qadınların da özünü tənha hiss etməməsi üçün...", - aktrisa müraciətində qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm