Məşhur reperin villasına hücum: Mühafizəçi güllələndi - VİDEO
Bizi izləyin

Magazin2

Məşhur reperin villasına hücum: Mühafizəçi güllələndi - VİDEO

Kanadanın Toronto şəhərində dünya şöhrətli reper Dreykin villasına silahlı hücum olub. Hadisə nəticəsində mühafizəçi güllələnsə də, həmin vaxt reperin evdə olub-olmadığına dair məlumat verilməyib.

Publika.az xəbər verir ki, Toronto polisinin verdiyi açıqlamaya görə, hücum dünən baş verib. Polis mühafizəçinin güllələndiyini və xəstəxanaya aparıldığını bildirib. Hadisənin evdən kənarda baş verdiyi və mühafizəçinin evin qapısında işləyərkən güllələndiyi də qeyd edilib. Mühafizəçi hazırda xəstəxanada müalicə alır.

Hadisə zamanı Dreykin evdə olub-olmaması məlum deyil. Polis hücumun səbəbinin hələ müəyyən edilmədiyini açıqlayıb.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm