Məşhur aktyor 11 lüks saatını satır - Bu qiymətə
Bizi izləyin

Magazin2

Məşhur aktyor 11 lüks saatını satır - Bu qiymətə

Dünyaca məşhur aktyor Silvestr Stallone lüks saat kolleksiyasını satışa çıxarıb. Kolleksiyaya 11 saat daxildir.

Publika.az xəbər verir ki, saatlar iyunun 5-də Nyu Yorkdakı “Sotheby's” hərrac evində satışa çıxarılacaq. 77 yaşlı amerikalı aktyorun saatlarının 30 min dollardan 5 milyon dollara qədər alıcı tapacağı gözlənilir.

Satışa çıxarılan saatlar arasında aktyorun “The Expendables 2” filmində taxdığı “Panerai Luminor 150” model saatı da var. 30-60 min dollar arasında qiymətə satılacağı gözlənilən saatın alıcısına filmin imzalı afişası da hədiyyə olunacaq.

Hərracın ən bahalı saatının “Patek Philippe Grandmaster Chime 6300” modeli olacağı gözlənilir. Bu saatın hərracda 2,5 milyon ilə 5 milyon dollar arasında satılacağı gözlənilir.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm