Acunun toyundan sonra keçmiş həyat yoldaşından maraqlı açıqlama - FOTO
Bizi izləyin

Magazin2

Acunun toyundan sonra keçmiş həyat yoldaşından maraqlı açıqlama - FOTO

Dünən 4-cü dəfə ailə quran “TV 8” kanalının rəhbəri Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı səssizliyini pozub.

Publika.az xəbər verir ki, qızı Melisanın atasının toyuna hazırlaşdığı görüntüləri paylaşan Subaşı toydan sonra sosial media hesabında açıqlama verib.

O, paylaşımında həyatı boyu özünə verdiyi bütün sualların cavablandırıldığını bildirib.

“Bütün həyatım boyu özümə verdiyim demək olar ki, hər suala cavab tapıldı. Mən qürurla yaşayıram, bu anlardan və emosiyalardan həzz alıram, çünki hər şey öz yerinə düşür. Bəlkə də ömrüm boyu axtardığım şeylər, məni dərindən narahat edən suallar nəhayət öz cavablarını tapır.

Cavabların olub-olmadığını bilmədiyim zamanlarda belə onlar orada olduqlarını, gözlədiklərini bilirdim və indi də bunlar baş verir. Bəlkə də bir sehrdir. Bu yol gözəldir, mənim kimi, sənin kimi! Hər kəsin özünə bağlı olmasını, özünü qəbul etmə səviyyəsinə çatmasını, içindəki yaxşılığın kənardakı yaxşıları özünə cəlb etməsini arzulayıram. Hər kəsə arzum budur”.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm