Türkiyə gözəlindən tənqidlərə cavab: Onlar savadsız insanlardır
Bizi izləyin

Magazin2

Türkiyə gözəlindən tənqidlərə cavab: Onlar savadsız insanlardır

İdil Bilgenin 2024-cü il üzrə “Miss Türkiyə” müsabiqəsinin qalibi olması sosial mediada müzakirələr səbəb olub. Onun birinciliyə layiq gözəl olmadığı bildirilib.

Publika.az xəbər verir ki, İdil Bilgen reaksiyalara dözməyərək açıqlama verib.

Onu tənqid edənlərə məhəl qoymadığını deyib:

“Ölkəmizin qadın və uşaq qətlləri kimi iztirablar yaşadığı bir vaxtda insanların mənə ünvanladığı mənfi fikirlərə məhəl qoymuram. Onlar hər mövzuya fikri olan savadsız insanlardır. Şərhləriniz məni maraqlandırmır”.

Onun sözlərinə cavab olaraq “Savadımız yoxdu, gözümüzdəmi yoxdu?” deyə şərhləri yazılıb.

Qeyd edək ki, İdil Bilgen Türkiyənin Ukraynada səfiri Mustafa Leventin qızıdır.

Teleqraf.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm